“Heydər Əliyev dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ÜNVANLAYIB
Məktubda deyilir ki, Heydər Əliyev öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoyub.
Dmitri Medvedev qeyd edib ki, Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.
Bizim.Media