Şarl Mişel əsir düşən iki hərbçimizin azad ediləcəyi ANONSUNU VERDİ

Şarl Mişel əsir düşən iki hərbçimizin azad ediləcəyi ANONSUNU VERDİ

Hazırda oxunan: Şarl Mişel əsir düşən iki hərbçimizin azad ediləcəyi ANONSUNU VERDİ

135970

Qarşılıqlı anlaşmanı qorumaq və sülh prosesində irəliləyiş əldə etmək üçün sadəcə olaraq azaraq qarşı tərəfə keçən hərbi qulluqçuların tezliklə azadlığa buraxılması davam etdirilməlidir.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

"Humanitar məsələlərə gəlincə, qarşıdakı həftələrdə daha çox məhbusun azad ediləcəyi anlaşılırdı. Mən sadəcə olaraq azmış və qarşı tərəfə keçən hərbçilərin tez bir zamanda azadlığa buraxılmasının davam edəcəyi ilə bağlı qarşılıqlı anlaşmanın saxlanmasının vacibliyini vurğuladım", - Şarl Mişel bildirib.
Aİ Şurasının rəhbəri təfərrüatları açıqlamasa da, aydındır ki, söhbət bir müddət əvvəl Ermənistanda zorakılığa və kobud rəftara məruz qalan, birinə 11 il yarım həbs cəzası kəsilmiş itkin azərbaycanlı hərbçilərdən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO