Akar:

Akar: "Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır"

Hazırda oxunan: Akar: "Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır"

135463

"Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb:

"Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh istəyirik. Çünki belə olarsa, yəni Türkiyə, Azərbaycan və Ermənistan arasında sabitlik təmin olunarsa, ardınca Gürcüstan, İran və Rusiya da buraya qoşularsa, Cənubi Qafqazda təhlükəsizlik təmin olunar. Bu, hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq”.

Nazir əlavə edib ki, Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO