“YAP-da islahatları istəyərdik...” - Tural Abbaslı 

“YAP-da islahatları istəyərdik...” - Tural Abbaslı 

Hazırda oxunan: “YAP-da islahatları istəyərdik...” - Tural Abbaslı 

13532

“Partiyalararası münasibət əslində belə olmalıdır ki, hər partiya öz işi ilə məşğul olsun. Digər partiyanı təftiş eləmək başqa bir partiyanın işi deyil. Yəni hər partiyanın təftiş komissiyaları, nəzarət orqanları var. Onların uğurlu və ya uğursuz addımları özünü seçkilərdə biruzə verməlidir”.

Bunu Bizim.Media-ya açıqlayan Ağ Partiyanın sədri Tural Abbaslı dedi ki, indi YAP-da vəziyyət yaxşı deyil.
 

MÖVZU İLƏ BAĞLI:

YAP-da İKİTİRƏLİK – Biri qurultaya “HƏ” deyir, digəri isə “YOX”

YAP-ın qurultayına aparıcı partiya liderlərindən REAKSİYA – “Dəyişiklik olsa, nə xoşbəxt bu millətə...”

YAP-ın qurultayında Gənclər Təşkilatına yeni sədr seçiləcəkmi? - FOTO


Partiya sədri əlavə etdi ki, “YAP-çılara məsləhət vermək həvəsində deyilik. Amma idarəçilikdə YAP-ın olduğunu nəzərə alsaq, o partiyada islahatları istərdik. 

Aşağı-yuxarı bütün partiyalar eynidir. Lakin icra və yanaşma tərzi fərqlidir. Baxsaq, görmək olar ki, YAP rəhbərliyinin böyük əksəriyyəti kommunist təfəkkürlü insanlardan təşkil olunub.

Bioloji baxımdan gənclər də var ki, onların qafası (başı) kommunist düşüncə tərzinin yetirməsidir. 

Sırf buna görə YAP-da islahatları istəyərdik, ancaq reformların başlanğıc nöqtəsi kadr islahatlarıdır”, - deyə Tural Abbaslı mövzuya münasibətini bitirdi. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO