Türkiyəli siyasidən SƏRT TƏNQİD – “Kılıçdaroğlunun Zəngəzur dəhlizindən xəbəri yoxdur” – ÖZƏL

Türkiyəli siyasidən SƏRT TƏNQİD – “Kılıçdaroğlunun Zəngəzur dəhlizindən xəbəri yoxdur” – ÖZƏL

Hazırda oxunan: Türkiyəli siyasidən SƏRT TƏNQİD – “Kılıçdaroğlunun Zəngəzur dəhlizindən xəbəri yoxdur” – ÖZƏL

134894

“Kılıçdaroğlunun “Türk dünyası” layihəsi türksüz bir layihədir. Bu layihədə Azərbaycanın olmaması bunu sübut edir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı türkiyəli politoloq Musaf Kızılkaya deyib. 

Türkiyə müxalifət liderinin “Türk dünyasını birləşdirən “Türk yolu” layihəsi”ni şərh edən politoloq bildirib ki, Kılıçdaroğlunun  açıqlaması Türk dünyasını birləşdirməkdən daha çox parçalamağa hesablanıb:

“Onun sözlərinə görə, Türkiyənin Van şəhərindəki Kapıköyü sərhəddinə və Ağrı şəhərinin Gülburak sərhəddində birləşib Təbrizə gedir. Bu belə davam edir. Oradan Təbrizə, daha sonra Aşqabad, Daşkənd, Almatıdan keçərək Çinə bağlanan “Türk yolu” olduğunu iddia edir. Əslində Kılıçdaroğlunun ortaya qoyduğu sözügedən xəritənin nə anlam ifadə etdiyini anlamaqda olduqca çətinlik çəkdim. Tamamilə strategiyadan, beynəlxalq sistemdən məhrum açıqlamalardır. 

Azərbaycanın 44 günlük müharibəsində “Dəmir yumruğu” bədəninin hər yerində hiss edən Ermənistan məğlub oldu və son olaraq 9 maddəlik bəyanat imzalanmışdı. İmzaların atıldığı sənədin 9-cu maddəsi Zəngəzur dəhlizi ilə bağlıdır. Kamal Kılıçdaroğlundan soruşsanız ki, “Zəngəzur dəhlizi nə ifadə edir?”, - o buna cavab olaraq deyər ki, “Zəngəzur dəhlizi nədir?”. Afrikada və Amerikada bir ada olduğunu düşünər. 

Sual yaranır ki, o, niyə belə bir açıqlama verib? O qeyd edib ki, biz Millət İttifaqı olaraq hər kəs elə düşünür ki, biz Qərbmeyilliyik. O, “Türk yolu” layihəsiylə yalnız Qərbə deyil, həmçinin Asiya yönümlü olduğunu sübut etməyə çalışır”.

Kılıçdaroğlu yeni layihəsinin Qafqazla Çini birləçdirəcəyini iddia etsə də, təqdim etdiyi xəritədə Qafqazın yer almadığı da “hansı Qafqaz?” sualını aktual edir.

“O qeyd edir ki, Qafqazla Çin arasında layihənin önəmi olduqca əhəmiyyətlidir. Lakin əlindəki xəritəyə baxdığımızda görürük ki, yol Qafqazdan keçir. Necə olacaq ki, Qafqazdakı əksiklikləri bu yol bərpa edəcək? Layihəsi ilə Türkiyənin qardaş ölkələrlə əlaqələrinin güclənəcəyini deyir. 
Türkiyə və Azərbaycan liderləri 44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin açılması üçün əllərindən gələn etdiyi bir müddətdə Kılıçdaroğlu qəribə bir “Türk yolu”ndan danışır.

Ən maraqlısı da budur ki, Kılıçdaroğlunun bəhs etdiyi yol onsuz da var. 3 ildir Gürcüstan üzərindən Türkiyə və Çin arasında dəmiryol nəqliyyatı var.

Ölkəmin müxalifəti adına çox üzülürəm. Allah qorusun, bunlar başa gəlsə, bizi bunlarmı idarə edəcək? İnanıram ki, Azərbaycan 44 günlük müharibədə Ermənistanı “dəmir yumruq”la vurduğu kimi, 14 may tarixində də biz bunlara “dəmir yumruq” vuracağıq”, - deyə M.Kızılkaya əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO