Bizim.Media “Sputnik Armenia” xəbər portalına istinadən məlumat verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan silahlı mübarizəyə hazırlaşdığını bildirib.
"Sabahdan özüm də daxil olmaqla 13 qadından ibarət bir dəstə məşqə başlayacağıq. Məşqlər bir neçə günə bitəcək və biz sərhədlərimizi qorumağa yola çıxacağıq. Vətənimizi düşmənə təslim etmərik" - deyə Anna Akopyan qeyd edib.
Anna Akopyan daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə qadınlar üçün 45 günlük hərbi təlimlər təşkil edəcəyini qeyd etmişdi. Hərbi təlimlərdə 18-27 yaş arası erməni qadınları iştirak edə bilərdi.
Bizim.Media