“Qarabağda yaşamaq istəyən erməni nəyə əməl etməlidir? – Şərtlər budur!

“Qarabağda yaşamaq istəyən erməni nəyə əməl etməlidir? – Şərtlər budur!

Hazırda oxunan: “Qarabağda yaşamaq istəyən erməni nəyə əməl etməlidir? – Şərtlər budur!

13435

“Ermənilər o vəziyyətdə deyil ki, Azərbaycana hansısa şərtlər qoysun. Onlar uduzmuş bir ölkədir, biz onları öz torpaqlarımızdan rədd etmişik. Dağlıq Qarabağda nə Artsax respublikası var, nə də oranın başçısı var.

Hələlik orada heç bir şey formalaşmayıb. Biz sadəcə, sadə vətəndaşların Xankəndiyə qayıtmaqlarına imkan verdik. Əgər onlar bizim vətəndaşlarımız olmayacaqlarsa, onda torpaqlarımızı tərk etməlidirlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Qondara separatçı rejimin nümayndələrinin “Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində yaşamayacaqlar” fikrini şərh edərək deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanı batıran söz – “İSGƏNDƏR” OLDU! 


“Sovet dövründən Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları sayılırdılar. Bu dəyişilməz olaraq qalıb, onlar qanunən Azərbaycan vətəndaşlarıdırlar. Bütün dünya Azərbaycan ərazi bütövlüyünü tanıyır.

Biz heç kəsin köməyi olmadan BMT-nin 4 qətnaməsinin şərtlərini yerinə yetirdik. Eyni zamanda biz özümüz regionda nizam-intizam yaratmışıq və bunu etməyə davam edəcəyik.


Biz Qarabağda yaşayan ermənilər üçün yaşayıb inkişaf etməkləri üçün müxtəlif şərait yaratmağa hazırıq. Bunu dövlət başçısı mətbuat konfransında çıxış edərkəndə vurğulayıb. Onlar axır əvvəl başa düşəcəklər ki, bizim qanunlarımızla yaşamalıdırlar”. 

Siyasi ekspertin fikrincə, Qarabağ ermənilərin yaşaması üçün tələb olunan bütün ehtiyacları yalnız Azərbaycan tərəfindən qarşılana bilər, Yerevanın bunu etməyə nə ixtiyari, nə də imkanı var”  
 

“Azərbaycan bütün bu şəraiti onlara yaratmağa hazırdır. Buna görə bizə heç bir dövlət heç nəyi diqtə edə bilməz. Ermənilər bizə qarşı 100 illərlə ərazi iddiası olub. Lakin biz buna göz yumuruq.


Ancaq buna baxmayaraq, onlara müəyyən imtiyazlar yaratmağa hazırıq. Əgər ermənilər öz revanşist iddialarından əl çəksələr onda biz onlarla normal yaşaya biləcəyik. Bu olmayana qədər, münasibətlərdə gərginlik yaşanacaq”.

Sonda politoloq bildirib ki, Azərbaycan xalqı çox mehriban və qonaqpərvər olduğu kimi həmçinin əzmkar və döyüşkəndir:
 

“Ancaq bizə kimsə sataşırsa və bizim evimizə göz dikirsə, biz onun cavabını verməyə hər zaman hazırıq. Bizim ermənilərlərlə bir yerdə yaşamağımız onların özlərindən asılıdır.


Azərbaycan regionda sülh şəraitinin yaradılması üçün onlara kömək əlini uzadır. Komunikasiya və nəqliyyat yollarını açmaq üçün danışıqlara gedirik, digər imtiyazları yaratmaq üçün çalışırıq. Əgər bu yetərincə qiymətləndirilmirsə, bu erməni xalqının öz günahıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO