İlham Əliyev Cəbrayılda orta məktəbin inşası ilə tanış olub - FOTO-YENİLƏNİB 

İlham Əliyev Cəbrayılda orta məktəbin inşası ilə tanış olub - FOTO-YENİLƏNİB 

Hazırda oxunan: İlham Əliyev Cəbrayılda orta məktəbin inşası ilə tanış olub - FOTO-YENİLƏNİB 

134339

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verilib. 

Bildirilib ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq. 

Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir. 

Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar. 

16.31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO