Bizim Media "Sputnik Armenia” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri öz feysbuk hesabında təşkil etdiyi canlı yayımda bildirib.
"Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur", - deyə Paşinyan qeyd edib.
N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.
"Belə görünür Azərbaycan danışıqlar və güzəştlər istəmir, deyəsən Qarabağı tam təslim etmək üçün çalışırlar." deyə Paşinyan qeyd edib.
Bizim Media