Qubadlıda 91 çarpayılıq Mərkəzi Xəstəxana inşa ediləcək - FOTO-VİDEO/YENİLƏNİB 

Qubadlıda 91 çarpayılıq Mərkəzi Xəstəxana inşa ediləcək - FOTO-VİDEO/YENİLƏNİB 

Hazırda oxunan: Qubadlıda 91 çarpayılıq Mərkəzi Xəstəxana inşa ediləcək - FOTO-VİDEO/YENİLƏNİB 

134271

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verilib. 

Bildirilib ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq.

Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq. 

Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək. 

Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoyub. 

11.45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlini qoyub.

Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO