İlham Əliyev: “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal dialoq mövcuddur”

İlham Əliyev: “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal dialoq mövcuddur”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal dialoq mövcuddur”

134217

“Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “NATO-nun ikinci dövləti ilə saziş imzaladıq”


Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun fəal olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu, çox müsbət dinamikadır.

“...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO