“Amerika Birləşmiş Ştatları hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesində fəal iştirakı etməsə, Rusiya və İran həmişə sülh prosesinə maneə olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın "The Wall Street Journal" nəşrində dərc edilən məqaləsində deyilir.
"ABŞ-dan başqa Rusiya prezidenti Vladimir Putin də vasitəçi rolunu öz üzərinə götürüb. Məsələnin yekun həlli və sülhün əldə olunması Qarabağda yerləşən Rusiya sülhməramlılarına ehtiyacı aradan qaldıracaq. Məhz bu, Putinin əsas kozırlarından biridir", deyə o, qeyd edib.
Maykl Doran Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığından da söz açıb:
"Bu, Tehranı qorxudur. Ona görə də Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan əməkdaşlığını balanslaşdırmağa və sülh danışıqlarını pozmağa çalışır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:38 / 02.05.2023
Rusiya və İran Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozacaq?
Hazırda oxunan: Rusiya və İran Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozacaq?
Hazırda oxunan: Rusiya və İran Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozacaq?
133911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.