“TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “CNN Türk” televiziyasının müxbiri Fulya Öztürkün suallarını cavablandırıblar.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev müsahibədə deyib:
Çox xoşbəxtəm ki, qardaşımın yanındayam, burada da olmalıyam. Bu gözəl, möhtəşəm bayramı bərabər qeyd etdik, təbriklərimizi çatdırdıq.
Mən söylədim ki, bu il artıq üçüncü dəfədir Türkiyədəyəm. İndi növbə qardaşımındır. İnşallah, seçkilərdən sonra onu Azərbaycanda gözləyirik.
Fülya Öztürk: Mehriban xanım da buradadır. Salam, necəsiniz?
Mehriban xanım Əliyeva: Salam, sağ olun. Çox qürur duyuruq.
Əminə xanım Ərdoğan: Bu xoş günü birlikdə qeyd edirik və buna görə çox təşəkkür edirik. Bu xoş günümüzdə bizimlə olduqlarına və zəlzələ zonasında etdikləri yardımlara görə sonsuz təşəkkürlərimizi bildiririk.
Mehriban xanım Əliyeva: Sağ olun. Çox böyük qürur duyuruq.
Fulya Öztürk: “TEKNOFEST” ötən il Azərbaycanda keçirilmişdi, yenidən təşkil olunacaqmı?
Prezident İlham Əliyev: Gözləyirik, əlbəttə keçiriləcək. Mən dedim ki, Azərbaycanda “Bayraktar” Mərkəzi qurulacaq, “TEKNOFEST” yenə də gələcək. Keçən il çox gözəl bir tədbir keçirildi. Gözləyəcəyik, sizi də gözləyirik.
Fulya Öztürk: İnşallah, gələcəyik. İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör, nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.
Səmada nümunəvi uçuşlar edən “Kızılelma” və “Akıncı” PUA-larını göstərən Selçuk Bayraktar dedi: “Kızılelma” və “Akıncı” bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir.
Prezident İlham Əliyev: “Akıncı” və “Kızılelma”.
Fulya Öztürk: Nümunəvi uçuş edirlər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:01 / 29.04.2023
İlham Əliyev Fulya Öztürkün suallarını cavablandırıb - FOTO
Hazırda oxunan: İlham Əliyev Fulya Öztürkün suallarını cavablandırıb - FOTO
Hazırda oxunan: İlham Əliyev Fulya Öztürkün suallarını cavablandırıb - FOTO
133517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.