Fransa səfiri ANAMA-nın sədri ilə bu məsələləri MÜZAKİRƏ EDİB 

Fransa səfiri ANAMA-nın sədri ilə bu məsələləri MÜZAKİRƏ EDİB 

Hazırda oxunan: Fransa səfiri ANAMA-nın sədri ilə bu məsələləri MÜZAKİRƏ EDİB 

133348

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ann Buayon ilə görüşüb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə ANAMA ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatına dəstək məqsədli əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov “Böyük Qayıdış” proqramı çərçivəsində Agentliyin qarşısında duran məqsədlər, prioritet layihələr, əlaqəli şəkildə icra edilən bərpa və yenidənqurma işləri barədə məlumat verərək, gələcək əməkdaşlığın Azərbaycanda həyata keçirilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə faydalı olacağını bildirib. 

Səfir Ann Buayon Azərbaycanın üzləşdiyi mina problemi ilə mübarizədə göstərdiyi peşəkar fəaliyyətin təqdirəlayiq olduğunu qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin həlli istiqamətində Agentlik tərəfindən icra edilən genişmiqyaslı fəaliyyəti yüksək dəyərləndirdiyini bildirib. 
Görüş zamanı, Agentliyin yaradılma tarixi, ümumi fəaliyyət istiqamətləri, işğaldan azad olunmuş ərazilərdəki mövcud mina problemi, ölkəmizin qarşılaşdığı təhlükə, aparılan minatəmizləmə əməliyyatları, eləcə də istifadə olunan ən son texnoloji metod və vasitələrə dair təqdimat nümayiş etdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO