Prezident: “Bayrağımıza qarşı hörmətsizlik olunan zaman türkiyəli idmançılar ədaləti bərpa etdilər”

Prezident: “Bayrağımıza qarşı hörmətsizlik olunan zaman türkiyəli idmançılar ədaləti bərpa etdilər”

Hazırda oxunan: Prezident: “Bayrağımıza qarşı hörmətsizlik olunan zaman türkiyəli idmançılar ədaləti bərpa etdilər”

133346

“Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”


“Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri”, - deyə Azərbaycan Prezidenti bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO