"Azərbaycanın xəbərdarlıqlarına baxmadan Ermənistan tərəfi imza atılan sənədlərə riayət etməyib".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycan tərəfinin çoxsaylı təklifləri cənab Prezident tərəfindən edilməkdədir. Hansı ki bunlardan biri də Laçın yolu üzərində şəffaf rejimin təmin edilməsidir. Amma Ermənistan tərəfi paralel nəzarət təklifindən imtina edib.
Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf nəzarətin təmin edilməsi məqsədilə 23 apreldə Azərbaycan tərəfi nəzarət buraxılış funksiyasını yerinə yetirmək üçün müvafiq addımlar atmışdır. Bəyanata əsasən, Laçın yolu 3 istiqamət üzrə istifadə edilə bilər: vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün”, - nazir deyib.
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanda səfərdədir. Fransalı nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:16 / 27.04.2023
Azərbaycan XİN: Ermənistan Laçın yolunda paralel nəzarət təklifindən imtina edib
Hazırda oxunan: Azərbaycan XİN: Ermənistan Laçın yolunda paralel nəzarət təklifindən imtina edib
Hazırda oxunan: Azərbaycan XİN: Ermənistan Laçın yolunda paralel nəzarət təklifindən imtina edib
133087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.