Laçın yolunda Azərbaycan və Rusiya rəsmiləri görüşdü - Ermənilər dəvət olunmadı

Laçın yolunda Azərbaycan və Rusiya rəsmiləri görüşdü - Ermənilər dəvət olunmadı

Hazırda oxunan: Laçın yolunda Azərbaycan və Rusiya rəsmiləri görüşdü - Ermənilər dəvət olunmadı

133026

Erməni KİV-ləri Laçın yolunun girişindəki keçid məntəqəsi ətrafında yaranmış vəziyyətlə bağlı bəzi təfərrüatları dərc edib.

Bizim.Media xəbər verir ki, iddia edilir ki, bu yaxınlarda nəzarət-buraxılış məntəqəsində 3+2 formatında danışıqlar olub.

Danışıqlarda general Andrey Volkov (Rusiya sülhməramlılarının komandanı vəzifəsindən çıxarılıb), general Aleksandr Lentsov (yeni təyin olunub), Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən (FTX) bir, Azərbaycan tərəfdən iki nümayəndə iştirak edib. 

Ermənistan tərəfdən bu görüşə heç kim dəvət olunmayıb. 

İki komandanın görüşdə iştirakı başa düşüləndir. FTX nümayəndəsi isə ona görə  iştirak edib ki, Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri qoruyur və Rusiya Federasiyasının sərhəd xidməti FTX-nin yurisdiksiyasındadır.
Rəsmi İrəvandan görüşə niyə heç kəs çağırılmayıb, çünki sərhədi ruslar qoruyur. Ermənilərin bu prosesə heç bir aidiyyatı yoxdur. Deməli, söhbət ermənilərlə yox, ruslarla aparılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO