FHN-nin xilasedicisi Türkiyə dövləti tərəfindən təltif olunub - FOTO 

FHN-nin xilasedicisi Türkiyə dövləti tərəfindən təltif olunub - FOTO 

Hazırda oxunan: FHN-nin xilasedicisi Türkiyə dövləti tərəfindən təltif olunub - FOTO 

132734

Cari ilin fevral ayının 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı axtarış-xilasetmə dəstələrinin xüsusi fədakarlıq göstərmiş əməkdaşlarının aprelin 25-də Türkiyə dövləti tərəfindən təltifetmə mərasimi keçirilib. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini TƏLTİF ETDİ


Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk gündən etibarən qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi gizir İsgəndərov Elvin Xaqani oğlu “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif olunub. 

Qeyd edəki ki, Elvin İsgəndərov Kahramanmaraş şəhərində dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxarıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO