Xəbər verdiyimiz kimi, Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovu geri çağırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, General-polkovnik Aleksandr Lentsov Qarabağda Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
Laçın yolunda TARİXİ LÖVHƏ: Azərbaycana daxil olursunuz!
Qeyd edək ki, "Hraparak.am" saytının məlumatına görə, general-polkovnik rütbəli yeni komandir, təcrübəli hərbçidir.
Rusiya müharibələrinin iştirakçısı Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir və uzun illər birgə çalışıb.
Bizim.Media