“Rus qoşunları Azərbaycana gəlsə həmişəlik ölkəmizdə qalacaqlar”x9d

“Rus qoşunları Azərbaycana gəlsə həmişəlik ölkəmizdə qalacaqlar”x9d

Hazırda oxunan: “Rus qoşunları Azərbaycana gəlsə həmişəlik ölkəmizdə qalacaqlar”x9d

131986
"Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Əksinə çalışmaq lazımdır ki, işğal altında olan rayonlarımız mümkün qədər tez geri qayıtsın".xa0

Bunu Moderator.az -a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.xa0

Ayaz Mütəllibovun fikirlərinə münasibət bildirən Politoloq Hikmət Hacızadəxa0Moderator.azxa0-a açıqlamasında bildirdixa0ki, rus qoşunları Azərbaycana gəlsə onlar heç vaxt ölkəmizi tərk etməyəcəklər:

"Rəhmətlik Elçibəy çətinliklə rus qoşunlarını ölkəmizdən çıxardı. Mən onların bura qayıtmasının qəti olaraq əleyhinəyəm. Gəlin tarixə nəzər salaq. Rus sülhməramlıları gedib Abxaziya və Osetiyada yerləşmişdi. İndi nə Osetiya var, nə də Abxaziya. Həmçinin onlar Dnestryanı respublikanı da "ağ günə" çıxardılar. Hazırda ora da əldən gedib. Biz rus qoşunlarının ölkəmizə gəlməsinin qarşısını almalıyıq. Onlar bura gəlsələr həmişəlik ölkəmizdə qalacaqlar.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO