Rusiyalı deputatdan Azərbaycanla bağlı ABSURD AÇIQLAMA – Kreml nədən narahatdır?

Rusiyalı deputatdan Azərbaycanla bağlı ABSURD AÇIQLAMA – Kreml nədən narahatdır?

Hazırda oxunan: Rusiyalı deputatdan Azərbaycanla bağlı ABSURD AÇIQLAMA – Kreml nədən narahatdır?

131907

Rusiya Dövlət Dumasından Azərbaycana qarşı növbəti təxribatçı addım atılıb. Belə ki, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edərək, Bakını sülhə mane olmaqda ittiham edib. 

O, "rusarminfo" saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına təxribatçı fikirlər səsləndirib.

Matveyçev Azərbaycan və Türkiyənin guya münaqişənin davam etdirilməsində maraqlı olduqlarını deyib. O, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini qeyd edib.

Deputat üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının guya Azərbaycan və Türkiyəni qane etmədiyini bildirərək, regionda sülhün Azərbaycan, Türkiyə və Qərbi qane etmədiyini iddia edib. 

Qeyd edək ki, xeyli müddət idi Rusiya deputatları tərəfindən Azərbaycana qarşı təxribat xarakterli çıxışlara ara verilmişdi.  Görünür, ermənipərəst Matveyçev öz sərsəm açıqlaması ilə bu sükutu yenidən pozmaq qərarına gəlib.  

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev qeyd edir ki, Matveyçevin bu sərsəm açıqlaması Rusiyanın Azərbaycana qarşı növbəti təxribatıdır:

“Çünki Rusiyada da gözəl bilirlər ki, bu günə qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmamasının günahkarı birmənalı şəkildə Moskva ilə Tehrandır. Onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər.

Bölgəmizdə Rusiyanın xüsusi maraqları var. Kreml anlayır ki, Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalayandan sonra Rusiyanın Qarabağdakı ordusunun ərazidə qalmasının heç bir mənası olmayacaq. Yəni bu halda onlar Azərbaycandan çıxmalı olacaqlar. 
Bunu gözəl bildiklərindən Rusiyadan olan siyasilər üzdə bir şey, arxada isə tamamilə başqa şey danışırlar. Bütün hallarda Azərbaycanla Türkiyə sülh müqaviləsinin bağlanması üçün bütün lazımi addımları atıb və bundan sonra da atacaqlar. Matveyçev kimiləri bu cür sərsəm təxribatlarla çıxış etməklə Rusiyanın əsl niyyətini daha çox ifşa edirlər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO