Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli münasibətlərin normallaşdırılması yolları ilə bağlı son bəyanatlarını şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar nizamlanma üçün yeganə real əsasdır. Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik.
Tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək istənilən addımını alqışlayırıq. İnanırıq ki, bu, üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin həyata keçirilməsi istiqamətində irəliləyişə töhfə verəcək ”, - deyə Peskov bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:16 / 19.04.2023
Kreml İlham Əliyev və Paşinyanın bəyanatlarına münasibət bildirdi
Hazırda oxunan: Kreml İlham Əliyev və Paşinyanın bəyanatlarına münasibət bildirdi
Hazırda oxunan: Kreml İlham Əliyev və Paşinyanın bəyanatlarına münasibət bildirdi
131666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.