"İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır" - Eli Kohen

Hazırda oxunan: "İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır" - Eli Kohen

131635

"İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır".

Bizim.Media xəbər verir ki, bunu İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni aprelin 19-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.
Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO