Prezident: “Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır” - VİDEO

Prezident: “Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır” - VİDEO

Hazırda oxunan: Prezident: “Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır” - VİDEO

131489

“Sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub”.

Bizim.Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.

Dövlət başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır:

“Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO