“Bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsi, mövcud məsələlərin danışıqlar yolu ilə həlli vacibdir”.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
XİN: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirir”
O, ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Bizim.Media