Ombudsmanın BQXK-dən TƏLƏBİ: Ermənistandakı hərbçilərimizə baş çəkin

Ombudsmanın BQXK-dən TƏLƏBİ: Ermənistandakı hərbçilərimizə baş çəkin

Hazırda oxunan: Ombudsmanın BQXK-dən TƏLƏBİ: Ermənistandakı hərbçilərimizə baş çəkin

130581

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılıb, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləyib.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda əsgərimizə işgəncə verilməsilə bağlı Ombudsmandan AÇIQLAMA


Bizim.Media xəbər verir ki,  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib.

"Azərbaycan Ombudsmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquqla üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edirəm. 
Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO