Prezident İlham Əliyev:

Prezident İlham Əliyev: "Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır!"

Hazırda oxunan: Prezident İlham Əliyev: "Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır!"

1305

“Ermənistan Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Ermənilərin qanunsuz məskunlaşması ilə bağlı onlara söz deyən varmı?! Niyə bu illər ərzində buna riayət edilməməsinə baxan yoxdur?!

Bizim.Media xəbər verir ki, bu fikirləri  AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

“Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Sanki onlar öz reallıqlarını bizə yeritmək istəyirlər. Biz yeni reallıq yaratmışıq, indi hamı bizim reallığımızla barışmalıdır.

Biz torpaqlarımızı azad etməyə başlayanda hər tərəfdən təzyiqlər başladı. 28 ildə süründürməçilikdən, danışıqlardan bezmişik, biz bezmişik düşmənlə danışıq aparmaqdan. Özü də deyirdilər ki, ancaq sülh, başqa varinatı yoxdur.

Biz BMT qətnamələrinin təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Amma bunların fəaliyyəti Ermənistanı, Xocalı soyqırımını törədəni, Gəncəni ballistik raketlə bombalayanı müdafiə etməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO