Fransadan Laçındakı toqquşma ilə bağlı ABSURD BƏYANAT

Fransadan Laçındakı toqquşma ilə bağlı ABSURD BƏYANAT

Hazırda oxunan: Fransadan Laçındakı toqquşma ilə bağlı ABSURD BƏYANAT

130451

Fransa Xarici İşlər Nazirliyi aprelin 11-də Laçın istiqamətidə ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı bəyanatla çıxış edib. 

Bizim.Media xəbər verir ki, açıqlamada hər iki tərəfdən insan tələfatı ilə nəticələnən zorakılıqdan “dərin narahatlıq” ifadə edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin təxribat törətdikləri ərazidən REPORTAJ - VİDEO


Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesinin dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki "işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib. 

Ölkə XİN eyni zamanda sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında "əsas rol oynayan" AB müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. 

Rəsmi Paris AB ilə birlikdə Ermənistan və Azərbaycan arasında atəşkəsə hörmət, dialoq və danışıqların aparılması lehinə işləməyə davam edəcəyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO