Ermənistanın son sərhəd təxribatlarının arxasındakı İRAN İZLƏRİ  

Ermənistanın son sərhəd təxribatlarının arxasındakı İRAN İZLƏRİ  

Hazırda oxunan: Ermənistanın son sərhəd təxribatlarının arxasındakı İRAN İZLƏRİ  

130304

Ermənistan silahlı qüvvələri növbəti dəfə sərhədlərimizdə təxribat törətdi. Bu dəfəki təxribatın ilhamvericilərini Qərbdə deyil, İranda axtarsaq, daha doğru olardı. Çünki, Azərbaycana qarşı açıq informasiya müharibəsi aparan molla-fars rejimi tez-tez ölkəmizi hərbi hücumlarla da təhdid edir.

Üstəlik, rəsmi Tehran Ermənistanla hərbi-siyasi əməkdaşlığını günbəgün dərinləşdirir. Təsadüfi deyil ki, ötən gün Laçın rayonu istiqamətində, Dığ kəndi yaxınlığında yerləşən mövqelərindən ermənilərin Ordumuza qarşı törətdiyi təxribatdan saatlar öncə İran İslam İnqilabı Korpusunun (SEPAH) teleqram kanalları açıqlama yaydı. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın növbəti təxribatı ilə bağlı cinayət İŞİ BAŞLANDI


Açıqlamada SEPAH-ın “ölkənin şimal-qərb sərhədlərinə doğru” PUA-lar göndərdiyi bildirilirdi. 

İddia edilirdi ki, PUA-lar kəşfiyyat tapşırığını yerinə yetirirlər. İran PUA-larının ölkənin “şimal-qərbi” deyərkən, əslində Azərbaycan və Ermənistanla sərhədə gəldikləri və buradan topladıqları kəşfiyyat məlumatlarını Ermənistana ötürdükləri isə şübhə doğurmur.

Ona görə də, bu məlumatın yayılmasından saatlar sonra ermənilərin mövqelərimizə hücum etməsi təsadüf ola bilməz.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov da hər iki hadisənin eyni gündə sinxron formada baş verməsini təsadüf saymır:

“İranla Ermənistanın “müttəfiqliyi” sırf Azərbaycanla Türkiyəyə qarşı yönəlmiş faktorlardandır. Təsadüfi deyil ki, İranla Ermənistan arasında “qardaşlıq” mesajlarını tez-tez eşidirik.

Ermənistanın Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İranın Dövlət Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə son görüşündə də Ermənistan-İran əlaqələrinin hərbi baxımdan inkişaf etdirilməsi müzakirə edilib. 

Ermənistanın silah arsenalında İran PUA-larının olması danılmaz bir faktdır. Dünən Azərbaycana qarşı ermənilərin törətdiyi təxribat İranın Azərbaycana qarşı sistematik həyata keçirdiyi təxribatlarla eyni paraleldə baş verir. İran Azərbaycana qarşı həm də informasiya müharibəsi aparır, düşmənçilik siyasətini davam etdirir. 
Təsadüfi deyil ki, Ermənistan da molla-fars rejiminin hərəkətlərini təkrarlayır. Ona görə də İranın ölkəmizə qarşı təxribatlarının artdığı bir vaxtda Ermənistanın sərhədlərimizdə törətdiyi silahlı təxribatlar təsadüf deyil, eyni mətbəxdə hazırlanan məhsuldur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO