Hökumətlərarası komissiyanın növbəti iclası bu il Tacikistanda keçiriləcək

Hökumətlərarası komissiyanın növbəti iclası bu il Tacikistanda keçiriləcək

Hazırda oxunan: Hökumətlərarası komissiyanın növbəti iclası bu il Tacikistanda keçiriləcək

129127

“Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Tacikistana səfər etdi - FOTO/VİDEO


“Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsirlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.

Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər”, - deyə dövlətimizin başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO