“Xamenei hakimiyyəti məqsədinə çatmadığı üçün terrora əl atır” – Elman Nəsirov 

“Xamenei hakimiyyəti məqsədinə çatmadığı üçün terrora əl atır” – Elman Nəsirov 

Hazırda oxunan: “Xamenei hakimiyyəti məqsədinə çatmadığı üçün terrora əl atır” – Elman Nəsirov 

129036

 “İran Azərbaycana qarşı heç zaman səmimi olmayıb. Molla-fars rejimi son 35 ildə Azərbaycana qarşı ikili oyun oynayıb. 44 günlük müharibədən sonra isə açıq düşmənçilik mövqeyini ortaya qoyub. Bu da təsadüfi deyil.

İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan regionda yeni güc mərkəzi kimi çıxış etməyə başladı. Bu isə molla-fars rejimini heç zaman qane edə bilməzdi”.

Bu fikirləri İranın son aylar ölkəmizə qarşı apardığı terror siyasəti ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI


O əlavə edib ki, son 2 ayda molla-fars rejimin həyata keçirdiyi terror hadisələri əslində rəsmi Tehranın əsl mahiyyətini göstərdi:

“Azərbaycan səfirliyinə edilən hücum və bu terror aktının ört-basdır edilməsi, ölkəmizin bölgələrində İranmeyilli adamlardan aşkar edilib götürülən silah-sursat və ən nəhayət millət vəkili Fazil Mustafaya qarşı törədilən terror hadisəsi göstərdi ki, cənub qonşularımız radikal addımlara keçib.

Bir zamanlar islam inqilabını Azərbaycana ixrac etmək istəyən İran hakimiyyəti niyyətinə çatmadığı üçün indi daha radikal addımlar atmağa başlayıb. Seçilmiş yeni yol isə terror taktikasıdır”.

Millət vəkili onu da qeyd edib ki, siyasət tarixinə az-çox bələd olanlar bilir ki, terror ən sonuncu təsir vasitəsidir:

“Yəni, hansısa qüvvələr öz niyyətlərinə çatmayanda radikallaşır və daha aqressiv olur. Bu zaman isə çıxış yolunu fərdi qaydada həyata keçirilən terrorda görürlər. Bu mənada Xamenei rejimi də son aylar sərgilədiyi hərəkətləri ilə terror dövləti olduqlarını sübut etdilər. Bu hərəkətləri ilə həm də acizliklərini göstərdilər. 

Çünki, uzun illər planladıqları niyyətləri puç olduğundan molla-fars rejimi qisasçılıq yolunu tutub. Bu yolunsa sonu heç də yaxşı görsənmir. İran terror dövləti kimi tək Azərbaycan tərəfindən deyil, bütün sivilizasiya tərəfindən lənətlənir, təklənir. BMT-nin 192 üzvündən ancaq bir-iki dövlət İranla münasibət saxlayır. 
Bu molla-fars rejiminin yaratdığı bugünkü real mənzərədir. Amma İran bir məsələni unudur ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz.  Azərbaycan dinc qonşuluğa, sülhə önəm verən dövlətdir. Eyni zamanda, ona qarşı yönələn istənilən təhdidə də layiqli cavab vermək iqtidarındadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO