Türkiyənin “Togg” avtomobili Azərbaycana GƏTİRİLDİ

Türkiyənin “Togg” avtomobili Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Türkiyənin “Togg” avtomobili Azərbaycana GƏTİRİLDİ

128876

Türkiyədə istehsal olunan ilk yerli elektromobil - “Togg”un sayca ikinci modeli Azərbaycana gətirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə məmnunluğunu bildirib, Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirdi


İ.Əliyev bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Xatırladaq ki, “Togg”un zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO