Roma Papası ənənəvi ayaqyuma ayinini gerçəkləşdirib. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Papa Fransisk Pasxa bayramı öncəsi - müqəddəs cümə axşamı ayini üçün Roma yaxınlığındakı Kastelnuovo di Porto qəsəbəsinə üz tutub. Burada 900-a yaxın miqrant məskunlaşan düşərgə var.xa0
Papa, müsəlman, hindu, xristianında daxil olduğu 12 miqrant və bir italyanın ayaqlaını yuyub, dəsmalla sildikdən sonra bir-bir öpüb.
Daha sonra o, Yaxın Şərqdən olan bir neçə miqrant ailəsi ilə görüşüb.xa0
Ayini gerçəkləşdirdikdən sonra Papa bir neçə gün öncə Brüsseldə onlarla insanın ölümünə səbəb olan terror aktından da danışıb. "Bu gün burada bir aradayıq. Bizim hər birimizin fərqli inancı və mədəniyyəti var. Ancaq, hamımız qardaşıq, sülh içində yaşamaq istəyən eyni Rəbbin övladlarıyıq. Bu hadisələrin arxasında qan istəyən silah alverçiləri var. Onlar isə savaş istəyirlər".
Ayindən sonra düşərgədəki qaçqınlara bir qədər maliyyə yardımı edilib. Bundan başqa onlara Pasxa yumurtaları, məşhur idmançıların avtoqrafları olan futbol və tennis topları gətirilib.xa0Xristianların inanclarına görə, Həzrəti İsa çarmıxa çəkilmədən bir gün öncə sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yuyub.xa0































































































