"Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb".
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda transformativ həll yolu kimi sıfır tullantıların roluna dair yüksək səviyyəli iclasındakı çıxışında deyib.
Milli Məclis sədri çıxışında Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı ekoloji terrora da diqqət çəkib:
"Mən qəti şəkildə inanıram ki, bütün ölkələrin indiki və gələcək nəsillər üçün ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlikləri var. Təəssüf ki, heç də hər ölkə bu öhdəliklərə əməl etmir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb. Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib və torpaqlarımızı çirkləndirib. Ermənistandan Azərbaycan ərazisinə axan transərhəd çayları da çirkləndirib".
Sahibə Qafarova deyib ki, 2020-ci ildə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan bu torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:58 / 30.03.2023
Parlamentin spikerindən BMT-də Ermənistanın törətdiyi ekoloji terrorla bağlı AÇIQLAMA
Hazırda oxunan: Parlamentin spikerindən BMT-də Ermənistanın törətdiyi ekoloji terrorla bağlı AÇIQLAMA
Hazırda oxunan: Parlamentin spikerindən BMT-də Ermənistanın törətdiyi ekoloji terrorla bağlı AÇIQLAMA
128135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.