“Ermənistan elə görüntü yaradır ki, guya Qarabağ məsələsinə qarışmır” – Tofiq Zülfüqarov

“Ermənistan elə görüntü yaradır ki, guya Qarabağ məsələsinə qarışmır” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Ermənistan elə görüntü yaradır ki, guya Qarabağ məsələsinə qarışmır” – Tofiq Zülfüqarov

128065

Ermənistan Baş naziri Nikol Paşinyan, Qarabağda fəaliyyət göstərən separatçı rejimin “rəhbəri” Arayik Arutyunyanı Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə çağırıb.

Bu barədə erməni teleqram kanalları məlumat yayıb. 

Məlumatda bildirilir ki, Paşinyan aktiv şəkildə Arutyunyanı Azərbaycan Prezidentinə zəng edib, bütün məsələləri onunla təkbətək həll etməyə çağırıb. Paşinyanın İlham Əliyevin danışıqlar aparmaqda kifayət qədər bacarıqlı olduğunu və verdiyi sözlərin arxasında dayandığını da vurğulayıb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ilk baxışdan bu yaxşı çağırışdır:

“Amma bir məsələ var ki, Arayik Bakıya hansı statusla zəng edəcək? Axı, onun təmsil elədiyi separatçı qurumu Azərbaycan tanımır. Azərbaycan Qarabağdakı ermənilərlə ünsiyyətə getsə belə orda Arayikin olması mümkünsüzdür.

Arutyunyan kimilərlə hansısa formada danışıq aparmaq olmaz. Təsadüfi deyil ki, biz tərəfdən erməni icması ilə müəyyən ünsiyyətlər olub. Bu proses gələcəkdə də davam edəcək. Lakin, bu prosesdə hər hansı bir separatçı olmayacaq”.

Tofiq Zülfüqarov onu da qeyd edib ki, bu cür çağırışlarla rəsmi İrəvan sadəcə görüntü yaratmaq istəyir:

“Ermənistan höküməti elə bir fon yaratmaq istəyir ki, guya onlar Qarabağ məsələsinə qarışmırlar. Amma reallıqda bunun əksini görürük. Ermənistan davamlı olaraq Qarabağa silah-sursat və hərbi qüvvələr göndərir.
Yaxşı olardı ki, Paşinyan məsləhəti Arayikə yox, Ermənistanın müdafiə nazirinə versin. Ona desin ki, “hərbi qruplaşmaları Qarabağdan çıxart”. Amma göründüyü kimi Paşinyan iş görmək yox, görüntü yaratmaq istəyir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO