Austin Klayton: Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi

Austin Klayton: Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi

Hazırda oxunan: Austin Klayton: Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi

12630

“Ermənilər özləri də bilirlər ki, Qarabağ Azərbaycandır. Əlləri hər yerdən üzülən ermənilər hazırda Azərbaycana mənəvi təzyiq göstərmək istəyirlər.”

Bu fikirləri Bizim.Media-ya özəl müsahibə zamanı  ABŞ-da Konfliktlərin Həlli Mərkəzinin eksperti (International Conflict Resolution Center - ICR), uzun müddət Qarabağ konfliktini araşdırmış, siyasi şərhçi, Austin Klayton bildirib. 

Söhbətimizin mövzusu isə erməni vandalizmi, Azərbaycan tarixini mənimsənilməsi ilə bağlı idi.

Müsahibəmizdə mədəni irsin mühafizəsi və müəlliflik əsasları ilə məşğul olan dünyanın ən böyük qrumu UNESCO-nun ermənilərin son hərəkətlərinə susqunluğuna da toxunduq. 

- Azərbaycan 30 illik işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdi. Lakin Azərbaycan bu mübarizədə bir çox Avropa ölkələri tərəfindən təzyiqə məruz qaldı. İstərdim bu barədə danışasız.

- Avropa bir çox ölkələri siyasi güzəştlərə məcbur etmək üçün, sevinərək onlara sanksiyalar tətbiq edir, lakin Ermənistana bu, heç vaxt edilmədi. Ermənistana qarşı BMT-nin açıq aydın 4 təhlükəsizlik qətnaməsi qəbul edilməsinə baxmayaraq, bunun icrası üçün heç bir siyasi addım atılmadı.
 

Avropa sadəcə düşmənçiliyin son qoyulmasına boş çağırışlar etmək əvəzinə, vaxtında beynəlxalq hüququ tətbiq etsəydi, minlərlə əsgərin ölməsinin qarşısını ala bilərdi. Avropa buna getmədi, Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək istəyirdi və etdi.


İndiyə qədər dünya ictimaiyyəti, xüsusilə də Avropa tarixi olaraq Dağlıq Qarabağ və ətraf rayonların zəbt edilməsi barədə susurdu. Bu çox narahatlıq doğurandır, çünki beynəlxalq hüququn tətbiq olunmamasını və beynəlxalq orqanlar tərəfindən qəbul olunan qətnamələrin seçim prinsipi ilə həyata keçirilməsini göstərir.

-30 il ərzində Azərbaycan dəfələrlə UNESCO- ya işğal altında olan torpaqlarda tarixi abidələrimizin qorunması üçün nəzarət etməkləri istəyib, lakin qurumdan müsbət cavab almayıb. Ancaq bu yaxınlarda azad etdiyimiz torpaqlarımızda guya erməni kilsələrini təftiş etmək üçün, o ərazilərə səfər üçün müraciət edib. UNESCO niyə  mövqe nümayiş etdirir?

-Dünya ictimaiyyəti Dağlıq Qarabağ regionuna birinci Qarabağ müharibəsindən məhəl qoymurdu. Mənim fikrimcə, Azərbaycan 1990-cı illərdə qeyri-stabil ölkə idi, ona görə də UNESCO-nun diqqətini bu məsələyə çəkə bilmirdi.
 

Azərbaycan stabil ölkəyə çevrildikdən sonra UNESCO-ya çağırışlar etməyə başladı. Düşünürəm ki, bu zaman UNESCO artıq gec olduğunu başa düşərək sadəcə bu məsələlərdən yan keçdi.


Bu mərhələdən 10 il keçmişdi, və orada geniş mədəni, dini və tarixi dağıntılarla bərabər, onları “erməniləşdirmək” cəhdləri var idi. UNESCO-nun fikrincə, ziyan o qədər böyük idi ki, onun qarşısında hər hansı müsbət nəticəyə gəlmək mümkün olmayacaqdı.

UNESCO-nun bu cəhdləri tamamilə aciz görünürdü. Azərbaycan mədəni və tarixi irsi qoruyan bir ölkə kimi tanınır, lakin 2020-ci ildə biz müasir texnolojı müharibənin şahidi olduq: UNESCO sosial mediyada, xüsusilə Erməni diasporu tərəfindən mənfi reaksiya doğuran əlavə hadisənin olmasını istəmirdi.

- Bundan başqa sizin də bildiyiniz kimi ermənilər Şuşadan oğurladıqları Qarabağ xalçalarını sərgilərə çıxarırlar. Onlar bizim xalçalarımızı öz adlarına çıxarır və UNESCO buna susur. Bizim haqq səsimizə cavab vermir. Bu qurum necə Tarixi və Mədəni İrsi qoruyur? Onlar niyə təşkilatlarının üzvü olan Azərbaycana bu cür ögey münasibət göstərir?

- Xalçalarla bağlı iki məsələni qeyd etmək istərdim. Onlar işğal olunmadan əvvəl əhalisini əsasən azərbaycanlılar təşkil etdiyi Şuşadan oğurlanıb. Bu sərgidə olan xalçalardan birinin 350 yaşı var, və əgər 350 yaşlı xalça Şuşa şəhərindəndirsə, tam arxayınlıqla demək olar ki, bu ermənilərə yox, məhz azərbaycanlılara məxsusdur.

İkinci məsələ: xalça sevən bir adam kimi deyə bilərəm ki, bu xalçaların tərtibatı klassik Azərbaycan ilmələridir. Mən həm Ermənistanda, həm Azərbaycanda xalça dükanlarında olmuşam, və hətta müasir xalçalarda qədim tərtibatı təkrarlamağa çalışsalar da bu üslub heç vaxt erməni xalçaları ilə uyğun gəlməyib. 
 

Ermənistan tərəfindən Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq üçün çoxlu səy göstərilir. Öncə qeyd etdiyim kimi, bu səylər erməni rəsmiləri tərəfindən illər ərzində edildi və bu yeni yazılmış tarixin miqyası geniş və dərindir.


UNESCO illər ərzində susaraq ermənilərin danışdığı nağılların xeyrinə, bunlara məhəl qoymamağı ən asan çıxış yolu seçib. Azərbaycan regionla bağlı hər hansı nağıl qoşmağa səy göstərmirdi, çünki onun buna heç bir ehtiyacı yox idi. Azərbaycanın faktları var və bu kifayətdir. Lakin çox təəssüf ki, dünya ictimaiyyəti susmaqda hələ də davam edir.

- Bəziləri UNESCO- nun ölkələri dinə görə böldüklərini və xristian ölkələrinə tərəfkeşlik etməkdə günahlandırırlar. Sizcə də bu belədir?   

- Düşünmürəm ki, səbəb məhz bununla bağlıdır. Əksinə, fikrimcə UNESCO pul ilə və ictimai fikirlə idarə olunan bir qurumdur. ABŞ (xristian ölkəsi) və İsrail (yahudi ölkəsi) UNESCO-nun dünya üzrə qərəzli mövqeyinə görə onu tərk etdilər.
 

Misal olaraq bir çox qeyri-xristian ölkələrin UNESCO tərəfindən dəstəkləndiyini görə bilərik. UNESCO Səudiyyə Ərəbistanın tarixi qorunması səylərinin inkişafında dərindən iştirak edib. Onun qərarlarında dindən daha çox siyasət böyük rol oynayır. 


UNESCO Fransada yerləşir və bu ölkədə Ermənistanın böyük diasporu və imkanlı şəxsləri var. Bu diaspora hər zaman kampaniyalara və milli səylərə maliyyə dəstəyi imkanını yaradır, və dünyanın hər yerində yaşayan millionlarla ermənilərin qara piarları, UNESCO-nun qorxunc yuxusuna çevrilə bilər. Məncə əsl səbəb məhz geniş yayıla biləcək tənqidin qorxusudur.

- Hazırda Ermənistan revanşist siyasəti yürüdür və sülh bəyanatı imzalandıqdan sonra, dəfələrlə Azərbaycan ərazisində təxribat törədərək, Azərbaycan əsgərinə hücum edib. Azərbaycan tərəfi və şəxsən Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında da bildirib ki, biz ermənilərlə sülh şəraitində yaşamağa hazırıq. Sizcə, Ermənilər Azərbaycanla sülh şəraitində Qarabağda yaşaya biləcəklərmi?

- Fikrimcə burda bir çox aspektlər var. Bir daha deyim ki, qisas almaq və “torpaqlarımızı qaytarmaq” niyyətində erməni diasporunun rolu çox böyükdür. Erməni diasporunun üzvləri  Ermənistanda yaşamırlar.

Onları məntiq yox, millətçilik idarə edir. Hazırda Ermənistanın bir hissəsi sülhə hazırdır. Onlar beyin axının, Rusiyadan asıllığın və yoxsulluğun səbəblərini anlayırlar. Onlar neçə ildir ki, regiondan kənarda qalıblar, yalnız İran və Gürcüstan ilə açıq sərhədləri mövcuddur.
 

Digər hissəsi sülhə hazır deyil. Mən erməni qəzetlərindən “türklərə qarşı qisas” barədə bir çox intervyü və məqalələr oxumuşam. Sülh müqaviləsi  təsdiq etdi ki, Qarabağ Azərbaycandır.


Mən Cənubi Qafqazın hər üç ölkəsində yaşamışam, oxumuşam və işləmişəm, buna görə fikrimcə, mənim bu regionun tarixi, problemləri və imkanları ilə bağlı dərin siyasi baxışlarım var. Dağlıq Qarabağ münaqişəsi illər ərzində regionda ən vacib məsələlərdən biri idi və mən onu öyrənmək üçün çoxlu vaxt sərf etdim, araşdırmalar apardım, azərbaycanlı və ermənilərlə çoxlu danışdım.
 

İllər sonra tam aydın oldu ki, haqqlı tərəf Azərbaycandır. Beynəlxalq hüquq tərəfindən icra olmasa da, bunu təsdiq edib.


Belə ki, faktlar əsasında qərar verənlər üçün tam aydın olur ki, Azərbaycan torpaqları zəbt edilib. Qısaca olaraq, biz ərazi bütövlüyü, sahiblik, və hüquq haqqında danışanda görürük ki, bu münaqişədə (qurban) zərər çəkən məhz Azərbaycandır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO