İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

Hazırda oxunan: İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

126184

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur", - məlumatda qeyd edilib.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO