BMT nümayəndə heyəti FÜZULİDƏ - FOTO

BMT nümayəndə heyəti FÜZULİDƏ - FOTO

Hazırda oxunan: BMT nümayəndə heyəti FÜZULİDƏ - FOTO

125759

Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri​ işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, səfərdə 30-a yaxın nümayəndə iştirak edir.

Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə​ Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.​

Füzuli səfəri zamanı​ qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması ilə tanış olacaqlar.

Qonaqlar eyni zamanda Füzuli şəhərində​ erməni vəhşiliyi barədə məlumatlandırılacaqlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO