“Türkiyə bu çətinliklərin də öhdəsindən mətinliklə gələcək” – İlham Əliyev

“Türkiyə bu çətinliklərin də öhdəsindən mətinliklə gələcək” – İlham Əliyev

Hazırda oxunan: “Türkiyə bu çətinliklərin də öhdəsindən mətinliklə gələcək” – İlham Əliyev

125436

“Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına göndərdiyi məktubda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır" - Prezident


“İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm.

İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var”, - deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO