İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi – YENİLƏNİB  

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi – YENİLƏNİB  

Hazırda oxunan: İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul etdi – YENİLƏNİB  

124434

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. 

Bizim.Media xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Ötən 10 il ərzində Mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisata çevrildiyini deyən qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək X Qlobal Bakı Forumunun uğurlu olacağına əminliklərini bildiriblər, bu Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlərinin müzakirə ediləcəyini vurğulayıblar. 

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini dedi, bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun və çəkisinin artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğulayıb, onun sıralarının genişlənməsini və yeni regionlardan olan təmsilçilərin Mərkəzin fəaliyyətinə qoşulmasını müsbət amil kimi dəyərləndirib. 
Prezident İlham Əliyev X Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, Forum çərçivəsində multilateralizmlə, regional və qlobal problemlərlə bağlı məsələlərin müzakirə olunacağını deyib. 

Vayra Vike-Freyberqa 10 il əvvəl ölkəmizə səfəri çərçivəsində qədim Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfransda iştirakını qeyd edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının və Qlobal Bakı Forumunun keçirilməsinin əsasının məhz həmin tədbirdə qoyulduğunu xatırladıb. 

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini deyən qonaqlar Forum çərçivəsində Ulu Öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş konfransın keçiriləcəyini bildiriblər. 

Görüşdə beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Dövlət başçısı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycanın 2030-cu ilədək inkişaf strategiyası, bu xüsusda nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya, həmçinin enerji resurslarının inkişafı və ixracı konsepsiyaları barədə ətraflı məlumat verdi və qonaqların suallarını cavablandırıb.

*** 18:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO