“İsa Qəmbərlə 104-cü diviziyanın komandanı Şerbakı yaxından tanış etdim”x9d

“İsa Qəmbərlə 104-cü diviziyanın komandanı Şerbakı yaxından tanış etdim”x9d

Hazırda oxunan: “İsa Qəmbərlə 104-cü diviziyanın komandanı Şerbakı yaxından tanış etdim”x9d

124197
Sifarişlə edilən “səhvlər”x9d səhv deyil, xəyanətdir!!!

“Yeni Müsavat”x9d qəzetinin iç üzü cəmiyyətə tam çılpaqlığı ilə bəlli olduqdan sonra, demək olar ki, bu qəzeti almıram, saytına da nadir hallarda baxıram. 25.02.2016-cı il tarixində gecə saat “02”x9d radələrində, sözügedən  qəzetin saytında “Elçibəy iqtidarının fevral səhvləri”x9d (25 fevral 2016) başlıqlı yazı diqqətimi çəkdi. Çox təəssüflər olsun ki, həmin hadisələrdən təxminən dörddə bir əsr keçməsinə baxmayaraq  bu gün də Elçibəy iqtidarının vəzifəli şəxsləri olmuş insanlar əsl həqiqətləri söyləmək fikrində deyillər. 
Həmin yazıdan bəzi məqamları diqqətinizə çatdırdıqdan sonra, konkret faktları hörmətli oxucuların müzakirəsinə təqdim edəcəm:
 “...Söhbət Azərbaycan ordusunun 2-ci korpusunun komandiri Surət Hüseynovun qüvvələri Ağdərədən geri çəkməsi və Elçibəyin həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevlə 8 saatlıq görüşündən gedir.
(zəruri qeyd: Surət Hüseyinovun əsgərləri Ağdərədən geri çəkməsi həmin ilin yanvar ayının sonuna, Elçibəyin H.Əliyevlə  8 saatlıq görüşü isə həmin ilin fevral ayının 12-nə təsadüf edir. Heydər Əliyevin qardaşı akademik Həsən Əliyevin vəfatından sonra, onun birinci cümə-axşamı mərasiminə gəlişinin səhərisi günü qeyd olunan 8 saatlıq görüş baş tutub. - R.Q) Məhz bu iki mühüm hadisəni Elçibəy hakimiyyətinin süquta uğramasına gedən yolda başlanğıc hesab edirlər.

Həmin yazıda yer alan:
“Elçibəyin devrilməsi Rusiyanın Baş Qərərgahının kəşviyyatı tərəfindən çoxdan planlaşdırılırdı. Onlar bizi açıq şəkildə hədələyirdilər. Sonra da Surət Hüseyinovu qabağa verdilər. (Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda marağı olan dövlətlər və o cümlədən də Rusiya, ona əl verən iqtidarın hakimiyyətdə olmasına çalışıb və daimi də çalışır. Bu təhlükənin qarşısını almaq və bu təxribata yol verməmək isə həmin dövrdə hakimiyyətdə olan qüvvələrin əsas vəzifələrindən biri, daha doğrusu birincisi olmalı idi! ”“ R.Q.)

İndi isə istər Rusiyanın, istərsə də ölkəmizdə çevrilişdə marağı olan digər dövlətlərin istəklərini reallaşdıran səbəblərdən və səbəbkarlardan konkret faktlarla, açıq danışaq. 
“Yeni Müsavat”x9dda gedən həmin yazının müəllifi Elçibəy iqtidarının hakimiyyətdən getməsinə səbəb olan əsas fiqur kimi Surət Hüseyinovu qabardır. Təbii, indiki nəsil üçün bəlkə də bu versiya qəbul olunandır. Lakin hadisələrin baş vermə, inkişaf etmə və son həddə, yəni Elçibəy hakimiyyətinin devrilməsi səbəblərinə kimsənin tərəfini tutmadan ədalətli, vicdanlı, qərəzsiz mövqedən yanaşaq. Mən həmin yazıda yer almış hörmətli Sabir Rüstəmxanlının mövqei ilə tamamilə həmfikirəm. İndi isə kimsənin irad tuta bilməyəcəyi, inkar edilməsi qeyri-mümkün olan əlahəzrət faktlara müraciət edək.
1. 17.06.1992-ci il tarixində Əliyev Əbülfəz (Elçibəy) Qədirqulu oğlu Azərbaycan prezidenti kimi fəaliyyətə başlayır. İnkar edilməz faktdır ki, komanda təcrübəsiz, zəif olmaqla yanaşı, ölkədə artıq elan edilməmiş müharibənin beşinci ili gedir. Keçmiş SSRİ ordusunun Azərbaycandakı hərbi hissələrində 15 may 1992-ci il MDB-nin Daşkənd sammitində imzalanan protokola əsasən, yenicə silahların və ümumiyyətlə hərbi əmlakın təhvil alınması prosesi başlayıb. Köhnə qanunlar işləmir, yeniləri yaranmayıb, iqdisadiyyat zəif, ərazisində işğalçı müharibə gedən ölkəmizin MN-nin müstəqil binası, silah-sürsatı, ştatda nəzərdə tutulmuş əsgər-zabit heyyətinin 10-15%-qədər əməkdaşları, nizamnaməsi, əsasnaməsi, hərbi prokurorluğu, hərbi məhkəməsi və heç olmasa normal hərbi təlim görmüş bir dənə də olsa taboru belə yox idi. Hər şey yenidən qurulmalı idi. Yuxarıda qeyd etdiyim zəif, təcrübəsiz, güclü müxalifəti və müharibə apardığı qüdrətli dövlətlər tərəfindən güclü dəstək alan xain düşməni olan komanda yumruq kimi bükülərək vahid orqanizmə çevrilməli idi. Həmin dövrün ali vəzifələrində əyləşmiş iddialı və ibarəli bəylərinə müraciət edirəm; belə bir təşəbbüs tərəfinizdən irəli sürüldümü?

2. O dövrdə, yəni 17.06.1992-ci il tarixində həmin iqtidar komandasının mənə olan qeyri-dost münasibətini çox yaxşı bildiyimdən prezident kimi fəaliyyətə başlayan Əbülfəz bəyə bu komanda ilə işləyə bilməyəcəyimi deyib, istefaya getməyə hazır olduğumu rəsmi bildirdim. Təbii ki, bu tələbim Prezident tərəfindən kəskin şəkildə etirazla qarşılandı. Yəqin ki, həmin iclasda iştirak edən  “bəy əfəndilər”x9d bu həqiqəti inkar etməzlər!

3. Rəhmətlik Səməd Vurğunun “Muğan”x9d poemasındakı bir misra burada çox yerinə düşür: “Ekskavator sözü yoxdur Sarvanımın öz dilində”x9d. AXC-də heç bir rolu olmayan, hakimiyyətə gəlmiş komandanın böyük əksəriyyəti tərəfindən ümumiyyətlə tanınmayan Surət Hüseynov buludsuz səmada göy gurultusu kimi iqtidarın əsas fiqurlarından birinə çevrilir. Əbülfəz bəyin prezidentliyinin birinci 15 günlüyündə Surət Hüseyinova bir günün içində bir dövlət və bir də hökumət - Prezidentin DQ üzrə səlahiyyətli nümayəndəsi, Baş Nazirin müavini vəzifələri verilir. “Möhtərəm bəylər”x9d, bəlkə heç olmasa 23 ildən sonra ləyaqətiniz, cəsarətiniz çatıb millətə bəyan edəsiniz. Surət Davud oğlu Hüseynovu Əbülfəz bəyə Rusiya Baş Qərərgahının kəşfiyyatı təqdim etmişdi və ya onu Əbülfəz bəyə təqdim edən sizlər də Ali Kəşfiyyat orqanlarına yeniyetməlikdən nökərçilik edənlərdən birisiniz? Bu arada, yəni, 30 iyun-05 iyul arası baş verən hadisələrdən bezərək birinci istefa ərizəsini yazdım. Prezident qəbul etmədi. 

4. Bu zəif, təcrübəsiz, qabiliyyətlərindən və vətənpərvərliklərindən müqayisə olunmaz dərəcədə yüksək iddiada olan aparıcı bəy əfəndilər müharibə gedən, iqdisadiyyatı çox zəif, çox sayda həllini gözləyən onlarla zəruri problemlərin olduğu ölkəmizdə öz cılız şəxsi, qrup maraqlarını həyata keçirmək məqsədilə hər ləyaqətsizliyə getməyə hazır olduqlarını zərrə qədər də olsa gizlətmirdilər. Bütün hərəkətləri və əməlləri ilə ordu quruculuğuna, qələbəmizə maksimum mane olmaq üçün ən alçaq yalan, böhtan deməkdən, əngəl olmaqdan belə çəkinmirdilər. Həmin dövrdə Gəncədə yerləşən RF-nın MN-nə tabe olan 104-cü desant diviziyasının Əfqanıstan müharibəsində iştirak etmiş peşəkar zabitlərinə nəğd pul verərək SQ-mızın desant qoşun növü olan ilk 360 nəfərlik alayını yaratdıq. Həmin alayın birinci döyüş təlimi 18 iyul 1992-ci il tarixinə təyin edildi. Ali Baş Komandan başda olmaqla İsa Qəmbəri, Pənah Hüseynovu və digər bəyləri həmin taborun döyüş təliminə dəvət etdim. Hörmətli oxucular, çox yüksək səviyyədə keçən təlimdə kürəklərində 35-40 kq-lıq yük olan ilk Azərbaycan desant alayının əsgərləri 3000 metrdən paraşütlə yüksək peşəkarlıq nümunəsi göstərərək atıldılar. Bir nəfərin ayağı belə büdrəmədi. Əlbəyaxa döyüş nümunəsi  göstərdilər. Bəli, acı təəssüf hissi ilə bildirməliyəm ki, bu döyüş təliminə rəhbərlikdə olan “möhtərəm bəy əfəndilərdən”x9d bir nəfər də olsun gəlmədi. Həmin təlimə  kommunist deputatlar hesab edilən Arif Rəhimzadə və Vaqif Qasımov gəldilər. Elə o vaxtlar Prezident Aparatında bəylər arasında mənim ruslarla əlbir olaraq çevriliş etmək istəyim barədə qulağıma şərəfsiz, heç bir əsası olmayan söz-söhbətlər çatırdı. Bütün bu əsası olmayan şayiələrin qarşısını almaq məqsədi ilə 2 avqust 1992-ci il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin Hava Desant Qoşunlarının yaranması günü münasibəti ilə 104-cü diviziya tərəfindən Gəncədə keçirilən tədbirə İsa Qəmbəri və digər bəyləri dəvət etdim. Gəncədə qonaq evində bu münasibətlə təşkil etdiyim kiçik məclisdə İsa Qəmbərlə 104-cü diviziyanın komandanı general-moyor V.Şerbakı yaxından tanış etdim və İ.Qəmbərə bundan sonra zəruri məqamlarda onunla şəxsi əlaqə saxlamağı təklif etdim. Həmin dövrdə Silahlı Qüvvələrimizin maneəsiz və çox əlverişli maliyyə şərtləri ilə təminatında o diviziyanın müstəsna əhəmiyyəti var idi.

5. Bütün bunlara baxmayaraq “bəy əfəndilər”x9d öz ləyaqətsiz əməlləri ilə müharibə uğurlarımızın zəifləməsi, komandanın vahid orqanizm kimi fəaliyyət göstərməməsi üçün bütün mümkün təxribatları törətməkdən çəkinmirdilər. Yeri gəlmişkən, dövlətin mühüm postunda əyləşmiş “bəy əfəndilərdən”x9d birinin ağılasığmaz bir əməlini qeyd etməyi zəruri hesab edirəm. 1992-ci il iyunun 12-dən 13-nə keçən gecə uğurlu Ağdərə əməliyyatı başladı. Təxminən iyul ayının sonlarında mən Şəkinin icra başçısı olan Hüseyn Mustafabəyliyə zəng edib Ağdərəyə - cəbhə bölgəsinə 15-20 ədəd eşşək göndərməsini xahiş etdim. Bu heyvanlarla ön xəttə düşmənlə üz-üzə vuruşan hərbi hisələrə silah-sürsat göndərmək çox rahat olur. Ona görə ki, dağ yerində bu heyvanlar səssiz yeriyir, minanı və digər maneələri hiss etdiyindən onlardan yan  keçirlər. Bu xahişimdən on günə qədər vaxt keçməsinə baxmayaraq eşşəklər göndərilmədi. İcra başçısı Hüseyn Mustafabəylidən nə üçün eşşəkləri göndərmədiyini xəbər aldıqda ”“ Arif Hacıyevə məruzə etdim, o isə mənə eşşəkləri göndərməməyi tapşırdı - deyə icra başçısı cavab verdi. Bu hadisəyə qiymət verməyi möhtərəm oxuculara həvalə edirəm. 
Surət Hüseynovu komandaya gətirməklə şərəfsiz məqsədlərinə nail ola bilməyəcəklərinə əmin olan bu zatıqırıqlar, hər addımda onu da pisikdirməyə başlamışdılar.

6. 05 noyabr 1992-ci il tarixində Surət Hüseynovun təşəbbüsü ilə Mərdəkanda keçirilmiş SSRİ HDD-nın komandanının bağ evində İ.Qəmbər, P.Hüseynov, İ.Həmidov, Surət Hüseynov, Etibar Məmmədov, Şadman Hüseynov (ola bilsin ki, indi kimlərinsə orada iştirakını unutmuşam. Əgər belələri varsa məni üzrlü hesab etsinlər) və mənim iştirakımla bir süfrəyə əyləşdik. Həmin məclisdə Surət Hüseyinov qeyd etdi ki, “...Hamımız Prezidentin ətrafında sıx birləşib tezliklə DQ problemini həll etməliyik. Yaxşı olar ki, Etibar Məmmədov da komandaya daxil edilsin və Baş Nazir vəzifəsinə gətirilsin. Mən siyasət adamı deyiləm. DQ məsələsi həll ediləndən sonra biznes sahəsinə gedəcəyəm”x9d - deyərək, Surət Hüseynov fikrini yekunlaşdırdı. Surət Hüseynovun bu təklifi “möhtərəm bəy əfəndilər”x9din təbii ki, xoşlarına getmədi. Lakin mən təkidlə təklif etdim ki, elə bu tərkibdə də Prezidentlə görüşüb onun həmin qaldırılan məsələyə münasibətini öyrənək. Lakin bu görüş İsa Qəmbərin və Pənah Hüseynovun açıqda deməyə cəsarətləri çatmayan istəkləri ilə baş tutmadı. 

7. 12 oktyabr 1992-ci il tarixində Prezidentin rəhbərliyi ilə Azərbaycan Respublikasının nümayəndə heyəti RF-na rəsmi səfərə getdi. Həmin səfər zamanı mən, o dövr üçün çox mühüm hərbi əhəmiyyət kəsb edən “Giləzi”x9d strateji hərbi arsenalının bölünmədən respublika MN-nə verilməsi məsələsini RF-nın MN-i  P.Qraçovla həll edib, rəsmi protokol imzalayıb sevinə-sevinə Prezidentin qaldığı apartamentə gəldim. Bütün nümayəndə heyyəti Prezident apartamentindəki yemək otağında, əhvali-ruhiyyələri yüksək, hündürdən danışıb gülürdülər. Mən qapıda görsənən kimi otağa lal sükut çökdü. Əbülfəz bəy bu susanların üzünə baxaraq “Ay filankəslər, bayaqdan arxasınca danışırdınız, indi niyə susdunuz? Buyurun üzünə deyin.”x9d söylədi..
Təbii ki, arxamca dedikləri uydurmaları üzümə deməyə cəsarətləri çatmayan bu “bəy əfəndilər”x9d həmin sükutla da Prezidentin apartamentini tərk etdilər. Mən vəziyyəti Prezidentə məruzə edib “Giləzi”x9d arsenalının bölünmədən bizə verilməsi barədəki rəsmi protokolu ona təqdim etdim. Bakıya qayıdan kimi ikinci istefa ərizəsini Elçibəyə verdim. O, bu dəfə də istefamı qəbul etməyəcəyini qəti şəkildə bildirdi. 

8. Elan olunmamış  müharibənin getdiyi dördüncü ildə yaranmağa başlamış milli ordumuzun qeyrətli oğullarının qanı-canı, qəhrəmanlıqları hesabına artıq DQ-ın ümumi ərazisinin 52%-ni azad etmişdik. 1988-ci ildən bağlanmış Tər-tər ”“ Kəlbəcər yolu tamamilə azad edilib, Sərsəng su hövzəsi bizim nəzarətimizə keçib. Laçının 67 yaşayış məntəqəsi və Gədəbəydən Başkənd düşmənlərdən təmizlənib. Bütün çətinliklərimizə, təcrübəsizliyimizə baxmayaraq, yüksək vətənpərvərlik hesabına ordumuzun avanqard hissəsi Xankəndinin 8-12 km.də dayanmışdı! Ermənilərin Yerevanda “Qarabağdan imtina”x9d tələbi ilə oturaq mitinqlər keçirdiyi bir vaxtda, yəni 1992-ci ilin noyabr ayında, eşitdiyimə görə Sabir Rüstəmxanlının təşəbbüsü və vasitəsi ilə Ermənistan parlamentinin deputatı Aşot Beloyan 55 (əlli beş) erməni deputatın imzası ilə müraciət gətirir. O dövrdə İsa Qəmbər və digər rəsmi şəxslərlə görüşür və DQ məsələsini iki respublikanın ziyalıları səviyyəsində həll etmək təşəbbüsündə bulunur. Lakin hansı müəmmalı səbəbdənsə həmin müraciət nə üzə çıxır, nə də müzakirə olunur. Həmin dövrdə İsa Qəmbər böyük təlaş içərisində mənə zəng edərək həmin deputatı - Aşot Beloyanı - sağ-salamat Ermənistana yola salınmasını xahiş edir. Son dərəcə gərgin bir dövrdə mən bu deputatın Azərbaycana nə üçün gəlməsinin səbəbini belə İsa Qəmbərdən xəbər almadan 3-cü korpusun (Tovuzun) ərazisindən onu Ermənistana yola salmağı Dadaş Rzayevə tapşırdım.
Elə bu ərəfədə - oktyabr (1992-ci il) ayında Elçibəy iqtiddarında hüquqi baxımdan ikinci, faktiki isə birinci kimi özünü hiss edən İsa Qəmbər çox gərgin və məsuliyyətli tarixi məqamda AXC iqtidarını, təntənəli qurultay keçirərək  Müsavat partiyasını yaradaraq koalision AXC-Müsavat iqtidarına çevirir. Hələ bu da azmış kimi, həmin dövrdə vəzifəli şəxslərin böyük əksəriyyətinə “Müsavat”x9d partiyasına üzv olmaq göstərişini verir!? Özünü Əbülfəz Elçibəyin sədaqətli kadrı kimi cəmiyyətə sırımağa çalışan İsa Qəmbər, artıq özünü qısa müddətdən sonra Prezident kürsüsündə görür. 

9. Mən 1993-cü il qış hərbi kampaniyasına başlamaq məqsədi ilə noyabr (1992) ayının ikinci ongünlüyündə Baş Qərərgah rəisini və digər idarə rəislərini Gəncə şəhərinə ezam etdim. Onlar Şəmkir ərazisində yerləşən “Seyfəli”x9d hərbi döyüş poliqonunda geniş miqyaslı hərbi təlimlərə başladılar...

Rəhim Qazıyev, keçmiş müdafiə naziri
Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO