Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı detallar - VİDEO

Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı detallar - VİDEO

Hazırda oxunan: Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı detallar - VİDEO

12372

Təcavüzkar Ermənistan Respublikasının beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bizim.Media xəbər verir ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən azərbaycan, rus və ingilis dillərində videoçarx hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

DTX Suqoşuvandakı görüşlə bağlı məlumatı təkzib etdi


Videoçarxda ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı Ermənistan silahlı qüvvələrinin cinayətləri barədə informasiyalar yer alıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.

Vurğulanıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.

Həmçinin, qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO