Təbriz üçün HƏYƏCAN SİQNALI – İran niyə tarixi şəhərimizə qənim kəsilib?

Təbriz üçün HƏYƏCAN SİQNALI – İran niyə tarixi şəhərimizə qənim kəsilib?

Hazırda oxunan: Təbriz üçün HƏYƏCAN SİQNALI – İran niyə tarixi şəhərimizə qənim kəsilib?

123652

İran hakimiyyətinin Cənubi Azərbaycan ekologiyasına biganəliyi heç kimə sirr deyil. Bunun nəticəsidir ki, Urmiya gölü artıq qurumaq üzrədir. 

Lakin Güney Azərbaycandakı ekoloji böhran vəziyyəti təkcə Urmiya gölü ilə bağlı deyil. Eyni zamanda havanın çirklilik dərəcəsinə görə də Cənubi Azərbaycan şəhərlərində durum acınacaqlıdır.

İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzinin son hesabatında da bu öz əksini tapıb. Belə ki, hesablamaya görə Təbriz hava çirkliliyinə görə İran şəhərləri arasında birinci sırada qərarlaşıb.

Ozon (AQİ) indeksinə görə Təbrizdə havanın çirklənmə indeksi 142-yə bərabərdir.

Bu göstəricinin nə qədər ciddi olduğunu görmək üçün dünyanın ən çirklənmiş şəhərləri ilə müqayisə aparmağa ehtiyac var. Havanın çirklənmə dərəcəsinə görə dünya lideri Hindistanın Mumbay şəhəridir. AQİ indeksinə görə, Mumbayın çirklilik dərəcəsi 191-dir. Dünya reytinqi ilə müqayisə aparsaq, Təbrizin havası ən çox çirklənmiş şəhərlər siyahısında ilk 20-likdə qərarlaşdığını görə bilərik.  

Digər tərəfdən AQİ indeksinə görə, çirklənmə dərəcəsi sıfırdan 50-yə qədər təmiz hava, 51-dən 100-ə qədər məqbul (sağlam) və ya orta hava, həssas qruplar üçün 101-dən 150-yə qədər qeyri-sağlam hava hesab olunur.

Ümumillikdə isə, Təbrizdə havanın çirklilik dərəcəsi dünya üzrə orta göstəricidən 2,8 dəfə çoxdur.

Bir faktı da qeyd etməkdə fayda var. İranda hava çirkliliyi onsuz da acınacaqlı durumdadır. Belə ki, ölkədə böyük şəhərlərdə havanın çirklilik dərəcəsi ilə bağlı gündəlik rəsmi açıqlamalar yayımlanır, zəruri hallarda küçəyə çıxmamaqla bağlı əhaliyə xəbərdarlıq edir.

Havanın bu qədər çirklənməsinin başlıca səbəbi kimi isə sənayedə köhnə texnologiyalardan istifadə olunması və ekoloji tələblərin nəzərə alınmaması göstərilir.

İran hökumətinin yarıtmazlığı, yoxsa qəsd?

Təbrizin özündə havanın çirklənməsinin səbəblərini araşdırdıqda isə qarşımıza daha maraqlı faktlar çıxıb. Belə ki, 2022-ci ilin dekabrında Təbriz Universitetində “Təbrizdə havanın çirklənməsi, onun səbəbləri və həlli yolları" mövzusunda elmi konfrans keçirilib. Konfransa çıxış edən, İran İslam Şurasının Təbrizdən olan deputatı Əhməd Əlirza Beigi bildirib ki, əyalətdə havanın çirklənməsi məsələsində ittiham olunmalı tərəf İran hökumətdir:

“Bu hökumət Ətraf Mühitin Mühafizəsi Təşkilatının atdığı addımdan imtina etməsi səbəbilə vəziyyət daha da gərginləşib. 2017-ci ildə bəri fəaliyyət göstərən Kaveh Soda zavodu çirklənmənin əsas mənbələrindəndir. Bu məsələni dəfələrlə qaldırsam da, nəticə yoxdur. 

Digər tərəfdən Təbriz İstilik Elektrik Stansiyası tərəfindən havaya buraxılan zərərli tullantılar ən yüksək, birinci səviyyədədir. Buna baxmayaraq, 2013-cü ildən etibarən Təbriz İES çirklənmə vergisinin ödənilməsindən azad edilib. Halbuki həmin vəsaitlə Təbriz Bələdiyyəsi şəhərin problemini həll edə bilərdi”.

Beiginin sözlərinə görə, vəziyyəti daha da acınacaqlı hala gətirən isə Təbriz İES-də mazutdan istifadə edilməsidir:

“İran hökuməti Rusiya ilə qaz yataqlarının işlənməsinə dair 40 milyard dollarlıq müqavilənin imzalayıb. Deməli, biz qazımız olmadığını əsas gətirərək insanları çirkli havaya məruz qoya bilmərik”.

Göründüyü kimi, İran hökumətinin bilərəkdən atdığı addımlar Təbrizin ekologiyasını acınacaqlı duruma gətirib. Bu isə güneyli soydaşlarımıza qarşı açıq qəsddir. 

Nə deyək, heç bir beynəlxalq hüquqa məhəl qoymayan fars-molla rejimindən də bu ekosidin qarşısını almaq üçün addımlar atmasını gözləmək sadəlövhlükdür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO