BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Azərbaycanın təşəbbüslərini TƏQDİR ETDİ 

BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Azərbaycanın təşəbbüslərini TƏQDİR ETDİ 

Hazırda oxunan: BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Azərbaycanın təşəbbüslərini TƏQDİR ETDİ 

123469

“Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edən Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsü təqdirəlayiqdir”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edərkən deyib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin adından çıxış edən Tatyana Valovaya Azərbaycanın irəli sürdüyü təşəbbüsləri xüsusi vurğulayıb.

O, ölkəmizin gənclərlə iş sahəsində - 2022-ci ilin iyulunda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi və Hərəkatın Gənclər Şəbəkəsinin təsis olunması ilə bağlı təşəbbüslərini də təqdirəlayiq hesab etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO