Kubanın Vitse-prezidenti:

Kubanın Vitse-prezidenti: "Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir"

Hazırda oxunan: Kubanın Vitse-prezidenti: "Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir"

123259

Ölkəmizdə səfərdə olan Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. 

Bizim.Meda xəbər verir ki, kubalı qonaq Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünə uğurlar arzulayıb.  

Qonaq diqqətə çatdırıb ki, Kuba qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır. 

Vitse-prezident Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Antonio Valdes Mesa, həmçinin qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir.  
O, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO