Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novost"i məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Əli Əsədovu qəbul etdi
Məlumata görə, XİN başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 18-də baş tutan telefon danışığında gündəmə gələn məsələləri müzakirə ediblər.
Qeyd edək ki, fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Qarabağ məsələsi, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə müzakirələr olub.
Bizim.Media