“Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə uyğun olaraq regionda normallaşma və sülhün bərqərar olunmasına səy göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.
“Ermənistan isə əksinə, normallaşmaya mane olaraq öz təcavüzkar siyasətini davam etdirməyi seçib. Əgər Ermənistan həqiqətən də sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir. Biz inanırıq ki, bizim səylərimiz Xocalıdakı cinayətlərə və Azərbaycana qarşı təcavüz zamanı törədilmiş digər vəhşiliklərə görə cəzasızlığın sona çatmasına yardım edəcək”.
Nazir sonra qeyd edib:
“Biz ədalət çağırışı edirik, qisas deyil. Dayanıqlı sülh ədalət olmadan mümkün deyil. Cavabdehlik Azərbaycan və Ermənistan arasında sülh yolunun və barışığın zəruri elementidir. Xocalı bizim milli kədərimizdir. Xocalı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq. Xocalı sübutdur ki, heç nə Azərbaycan xalqının ruhunu sındıra bilməz”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:37 / 24.02.2023
Ermənistan sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir – XİN
Hazırda oxunan: Ermənistan sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir – XİN
Hazırda oxunan: Ermənistan sülhə nail olmaq istəyirsə, öz kursunu düzəltməlidir – XİN
122387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.