Ağ Partiyasının sədri Tural Abbaslı millət vəkili Nəsib Məhəməliyevə sərt sualla müracət edib.
Bizim.Media xəbər verir ki, hadisə canlı debat efirlərinin birində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Cəmiyyətimizdə cəzasızlıq sindromu var – Partiya sədri
Belə ki, partiya sədri deputatın qonaq olduğu efirə telefonla əlaq quraraq N. Məhəməliyevə sualla müraciət edib:
“Cənab Prezident İlham Əliyev bəzi məmurların adlarını çəkərək onları sərt şəkildə tənqid edib. Mən bilmək istəyirəm cənab millt vəkili komanda dedikdə özünü prezidentin komandası sayır yoxsa tənqid olunan məmurların dəstəsindən?
Prezident öz çıxışı zamanı bildirdi ki, Elman Rüstəmovun heç nədən xəbəri yoxdur, Elçin Quliyev “zastava” tikir. Sualım bundan ibarətdir ki, çox hörmətli millət vəkili komandanın maraqlarını müdafiə etməliyəm dedikdə kimi nəzərdə turur? Prezidenti yoxsa tənqid olunan məmurları?
O kimin yanındadır? Prezident İlham Əliyevin yoxsa 200 -300 milyona ofis tikən məmurların yanında?”
“Mən bir mənalı şəkildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi komandanı nəzərdə tututam. Uzun illər onun rəhbərliyi altında çalışmış bir insan kimi onun apardığı siyasəti sonuna qədər dəstəkləyirəm.
Mənim üçün ondan başqa ikinci bir məmur yoxdur”, deyə Nəsib Məhəmməliyev sualı cavablandırıb.
Sözügedən videonu təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media