Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib.
Qurumun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, toplantıda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
İclası giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər qayıdış konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.
İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu və onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
Bizim.Media