Orbandan ETİRAF: “İlham Əliyevdən beynəlxalq arenada daha uğurlu olmağı öyrənməliyəm”

Orbandan ETİRAF: “İlham Əliyevdən beynəlxalq arenada daha uğurlu olmağı öyrənməliyəm”

Hazırda oxunan: Orbandan ETİRAF: “İlham Əliyevdən beynəlxalq arenada daha uğurlu olmağı öyrənməliyəm”

117518

“Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır”


“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə Viktor Orban qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO